Türkiyə-Misir münasibətlərində yeni səhifə açılır.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu misirli həmkarı Sameh Şukri ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, dövlət başçılarının Dohada görüşü münasibətlərin normallaşması üçün müsbət addım idi.
Çavuşoğlunun sözlərinə görə, Türkiyə və Misir arasında münasibətlərin inkişaf etməsi həm iki ölkə, həm də bölgənin sabitlik və inkişafı üçün vacibdir.