Cənubi Koreya Müdafiə Nazirliyinin binası yaxınlığında bıçaqlanma hadisəsi baş verib, 2 polis əməkdaşı yaralanıb.
APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata əsasən, 77 yaşlı bir şəxs bu gün səhər saatlarında Müdafiə Nazirliyinin binasının yanından keçərkən polis əməkdaşları onun daha sürətlə hərəkət etməsini xahiş edib və insident bundan sonra baş verib.
Polislərdən biri qolundan, digəri isə qarın nahiyəsindən yaralanıb.
Qeyd edək ki, həmin binada həmçinin Cənubi Koreya Prezidentinin Ofisi yerləşir.