Paşha Bank
Bank Of Baku

Suriyada neft emalı zavoduna qarşı terror aktının qarşısı alınıb

Suriyada neft emalı zavoduna qarşı terror aktının qarşısı alınıb
# 02 noyabr 2026 01:32 (UTC +04:00)

Suriyanın keçid hökumətinin Daxili İşlər Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Homs şəhərindəki neft emalı zavoduna qarşı terror hücumunun qarşısının alındığını açıqlayıb.

APA xəbər verir ki, SANA agentliyinin məlumatına görə, xüsusi xidmət orqanları terror qruplaşmasının hərəkətlərini izləyərək əməliyyat keçirib və hücumdan bir qədər əvvəl silahlıları saxlayıb.

Saxlanılan şəxslərdən kamikadze kəmərləri, kustar üsulla hazırlanmış partlayıcı qurğular, məsafədən partlatma üçün elektron avadanlıqlar və zavodun ətraflı xəritələri götürülüb.

Əməliyyat zamanı təhlükəsizlik qüvvələri itki verməyib. Hadisədən sonra Suriyadakı bütün enerji obyektlərinin mühafizəsi gücləndirilərək ən yüksək hazırlıq səviyyəsinə qaldırılıb.

Qeyd edək ki, Homsdakı neft emalı zavodu və Baniyas limanındakı neft emalı kompleksi ölkənin daxili bazarının neft məhsulları ilə təminatında mühüm rol oynayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR