Bank Of Baku

Cənubi Koreya prezidenti Şimali Koreyada raket buraxılışını BMT-nin qətnamələrinin pozulması kimi qiymətləndirib

Cənubi Koreya prezidenti Şimali Koreyada raket buraxılışını BMT-nin qətnamələrinin pozulması kimi qiymətləndirib
# 30 yanvar 2022 09:36 (UTC +04:00)

Cənubi Koreya Prezidenti Mun Çje İn bu gün Milli Təhlükəsizlik Şurasının iclasında KXDR raketinin buraxılışını BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması və beynəlxalq ictimaiyyətin səylərinə meydan oxumaq kimi qiymətləndirib.

APA bildirir ki, bu barədə “Yonhap” agentliyi prezident administrasiyasına istinadən xəbər verir.

Bundan əvvəl məlumat verilmişdi ki, Cənubi Koreya prezidenti Mun Çje İn ötən il yanvarın 21-dən bəri ilk dəfə olaraq KXDR-in aramsız raket buraxılışları fonunda ölkənin Milli Təhlükəsizlik Şurasının iclasının keçirilməsi barədə qərar qəbul edib. Adətən, Şimali Koreyanın silah sınaqlarından sonra keçirilən Milli Təhlükəsizlik Şurasının iclaslarına Cənubi Koreya Prezidenti yanında Milli Təhlükəsizlik İdarəsinin direktoru Seo Hun rəhbərlik edirdi.

Mun Çje İn deyib ki, Şimali Koreya 2017-ci ildə də orta mənzilli ballistik raketi işə saldı və daha sonra uzun mənzilli raket buraxılışının ardından gərginlik artdı, indi də bu hadisələrdə oxşarlıq görür:

“Bu hadisə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasıdır və beynəlxalq ictimaiyyətə Koreya yarımadasında sabitliyin və sülhün diplomatik yolla həlli səylərinə, habelə onun nüvəsizləşdirilməsinə çağırışdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR