Cənubi Koreyada yol tunelində baş verən yanğında ölənlərin sayı 6-ya çatıb.
APA “Yonhap”a istinadən xəbər verir ki, bu barədə ölkənin FHN-i məlumat yayıb.
Bildirilib ki, paytaxt Seulun cənubunda, Kvaçeon şəhərində yerləşən tuneldə baş verən yanğına səbəb avtobus və yük maşınının toqquşması olub. Tuneli tez bir zamanda qatı tüstü bürüyüb.
Yanğın nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb. Ölənlərin sayının daha da artacağı gözlənilir.
Yanğını söndürmək üçün hadisə yerinə 50-yə yaxın yanğınsöndürən maşın, 140 yanğınsöndürən və helikopter cəlb olunub.