Bank Of Baku

Çin ABŞ-ın keçmiş dövlət katibinin köməkçisinə sanksiya tətbiq edib

Çin - ABŞ

© APA | Çin - ABŞ

# 23 dekabr 2022 09:59 (UTC +04:00)

Çin hökuməti iki ABŞ vətəndaşına qarşı sanksiya tətbiq edib.

APA “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Çin XİN-in yaydığı məlumatda bildirilib.

Sanksiyalar ABŞ tərəfindən Çinin Tibet Muxtar Vilayətində insan hüquqlarının pozulması ilə bağlı iddialara cavab olaraq tətbiq edilib.

Məhdudiyyətlər ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeonun xarici siyasət üzrə müşaviri işləmiş Yu Maoçuna və Konqresin Çin üzrə İcraiyyə Komissiyasının kadrlar üzrə direktor müavini Todd Steynə şamil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR