Çində Dövlət Təhlükəsizlik Nazirliyinin keçmiş general-mayoru Lyu Yanpin barəsində edam hökmü çıxarılıb.
APA TASS-a istinadən xəbər verir ki, o, 234 milyon yuan (34,5 milyon dollar) rüşvət almaqda təqsirləndirilir.
Çançun şəhərinin xalq instansiya məhkəməsinin qərarında generalın 2001-2022-ci illər aralığında üçüncü şəxslərə biznes və başqa işlər üçün yardım göstərdiyini müəyyən edib.