Bank Of Baku

"Dolphin" tayfunu Çinə yaxınlaşır, torpaq sürüşməsi ilə bağlı xəbərdarlıq verilib

"Dolphin" tayfunu Çinə yaxınlaşır, torpaq sürüşməsi ilə bağlı xəbərdarlıq verilib
# 09 avqust 2026 10:04 (UTC +04:00)

“Dolphin” tayfununun Çinin şərq sahillərinə çatacağı gözlənilir.

“Reuters” xəbər verir ki, tayfun özü ilə güclü külək və leysan yağışları gətirəcək. Çinin Milli Meteorologiya Mərkəzinin məlumatına görə, küləyin sürəti saatda 162 kilometrə çata bilər.

Proqnozlara əsasən, Çjetszyan əyalətinin bəzi ərazilərində yağıntının miqdarı 500 millimetrə çata bilər. Daşqın və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar bir sıra bölgələrdə fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Şanxayın Yanşan limanında 500-dən çox kiçik və orta ölçülü gəmi təhlükəsiz ərazilərə aparılıb.

Qeyd edək ki, sözü gedən tayfun daha əvvəl Yaponiyanın Okinava prefekturasından keçib. Tayfun nəticəsində 6 nəfər xəsarət alıb, 50 mindən çox binanın elektrik enerjisi kəsilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR