Bank Of Baku

Aİ-nin xüsusi nümayəndəsi: Vaşinqton Sammitindən sonra sülh prosesində atılan addımları alqışlayırıq

Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono

© APA | Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono

# 08 avqust 2026 18:44 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Azərbaycan-Ermənistan sülh prosesinin irəlilədilməsi istiqamətində son bir ildə atılan müsbət və konstruktiv addımları alqışlayıb.

APA xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono “X” hesabında 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sammitinin birinci ildönümü ilə bağlı paylaşım edilib.

“Bu gün Azərbaycan, Ermənistan və ABŞ liderlərinin 8 avqust 2025-ci ildə keçirilmiş tarixi Vaşinqton Sammitinin birinci ildönümüdür. Aİ həmin vaxtdan etibarən sülh prosesinin daha da institusionallaşdırılması və irəlilədilməsi istiqamətində atılan bir sıra müsbət və konstruktiv addımları qətiyyətlə alqışlayır”, – paylaşımda bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR