ABŞ İranı ölkədəki bütün etirazçıları qeyd-şərtsiz azad etməyə çağırır.
APA-nın məlumatına görə, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.
Prays ABŞ-ın təşəbbüsü ilə İranın BMT-nin Qadınların Statusu Komissiyasından çıxarılmasını xatırladıb.
Onun sözlərinə görə, bu, “igid iranlı qadınları dəstəkləmək üçün” edilib. "Onların hüquqları uğrunda mübarizə davam edir", - deyə Prays bildirib.