Dubay güclü leysanla üzləşib, şəhər su altında qalıb - VİDEO

Dubay güclü leysanla üzləşib, şəhər su altında qalıb  - VİDEO
# 17 aprel 2024 02:03 (UTC +04:00)

BƏƏ-nin ən məşhur turizm şəhəri Dubayda güclü yağışlar yağıb.

APA xəbər verir ki, sakinlər təbii fəlakətin görüntülərini sosial şəbəkələrdə paylaşıblar.

Bir çox küçələri, metro stansiyaları və nəhəng "Dubai Mall"un aşağı mərtəbələrini su basıb.

Dubay hava limanında leysan səbəbindən 17 reys təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR