Ədən körfəzində qəza siqnalı verən gəmi batır - YENİLƏNİB

Ədən körfəzində qəza siqnalı verən gəmi batır - YENİLƏNİB
# 23 iyun 2024 18:36 (UTC +04:00)

Ədən körfəzində, Niştun şəhərindən 96 dəniz mili uzaqlıqda qəza siqnalı verən gəmi batma təhlükəsi ilə üzləşib.

APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarəti Daşımaları Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

Hadisə yerinə dəstək gəmisi göndərilib və heyət üzvləri xilas edilib.

***

saat 15.42

Ədən körfəzində, Niştun şəhərindən 96 dəniz mili uzaqlıqda gəmi qəza siqnalı verib.

APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarəti Daşımaları Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

Ticarət gəmilərinin bu rayondan keçərkən ehtiyatlı olmaları təvsiyə edilib. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, Yəməndəki qiyamçı husilər İsraillə əlaqəli olan və Ədən körfəziylə Qırmızı dənizdən keçən ticarət gəmilərinin hədəfləri olacağını bəyan ediblər. Ötən dövrdə bir neçə gəmiyə pilotsuz uçuş aparatı və raketlərlə zərbə endirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR