Əfqanıstanda Talibanın polis rəisi terror aktında həlak olub.
APA "Ariana News"a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bədəxşanın polis rəisi Mövləvi Əbdülhəq Əbu Ömər bu gün səhər Feyzabad şəhərində əyalət polis komandanlığının qərargahı yaxınlığında baş verən partlayışda ölüb.