Vyanada keçirilən danışıqlarda tərəflər nüvə sazişi üzrə razılaşmaya hər zamankından daha yaxındırlar.
APA TASS-a istinadən xəbər veri ki, bu barədə çərşənbə günü İran xarici işlər nazirinin müavini, İran nümayəndə heyətinin rəhbəri Əli Baqiri Kani “Twitter” səhifəsində yazıb.
"Bir neçə həftə davam edən intensiv danışıqlardan sonra biz razılığa hər zamankından daha yaxınıq”, - deyə o qeyd edib.
Baqirinin sözlərinə görə, tərəflər ötən dörd il ərzində baş verənlərdən dərs çıxarmalı və ciddi qərarlar qəbul etməlidir.
Qeyd edək ki, fevralın 8-də Vyanada nüvə sazişinin ilkin formada bərpası və ABŞ-ı bu çoxtərəfli sazişə qaytarmaq məqsədi ilə uzun fasilədən sonra danışıqların səkkizinci raundu bərpa edilib.