ABŞ-la diplomatiyaya qayıtmaq mümkündür.
APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında yazıb.
O bildirib ki, diplomatiyaya qayıtmaq mümkünsüz deyil. Belə ki, bu, ABŞ-ın İrana qarşı “təzyiqin işə yaramadığı” faktını başa düşməsindən asılıdır.
“ABŞ etimad quruculuğu işləri görməli, bizimlə hörmətlə danışmalı, haqlarımızı tanımalı və öhdəliklərini yerinə yetirməlidir”, - Əraqçi vurğulayıb.