Bank Of Baku

Əraqçi: Hörmüz boğazı ilə bağlı İran-Oman danışıqları başa çatmaq üzrədir

Əraqçi: Hörmüz boğazı ilə bağlı İran-Oman danışıqları başa çatmaq üzrədir
# 02 avqust 2026 21:19 (UTC +04:00)

“Hörmüz boğazında gəmilərin keçidi ilə bağlı İran və Oman arasında danışıqlar başa çatmaq üzrədir”.

APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"Bugünkü hökumət iclasının əvvəlində xarici işlər naziri Abbas Əraqçi İran və Oman arasında danışıqların hazırkı vəziyyəti ilə bağlı hesabat təqdim edib. O, danışıqlardakı irəliləyişi qeyd edib və danışıqların son mərhələdə olduğunu və başa çatmaq üzrə olduğunu bildirib", - Əraqçinin Telegram kanalında edilən paylaşımda deyilir.

Danışıqların hansı istiqamət üzrə aparıldığı və konkret hansı məsələlərin müzakirə olunduğu barədə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR