Bank Of Baku

Pakistanda terror aktı zamanı ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB

Pakistanda terror aktı zamanı ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB
# 02 avqust 2026 22:23 (UTC +04:00)

Pakistanda Kabal şəhərində polis bölməsinin yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat verib.

Hadisə ilə bağlı araşdırma davam edir.

***

19:57

Pakistanın Svat bölgəsinin Kabal qəsəbəsində yerləşən polis bölməsinin qarşısında terror aktı törədilib.

“Dawn” qəzetinin xəbərinə görə, terrorçu kamikadzenin özünü partlatması nəticəsində azı 7 nəfər həlak olub, daha 20 nəfər yaralanıb.

Terrorçu polis əməkdaşları onu polis bölməsinin girişində saxlayaraq üzərində axtarış aparmaq istədikdən sonra üzərindəki partlayıcı qurğunu işə salıb. Ölənlərdən 4-ü polis əməkdaşıdır.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, partlayış Kabal polis bölməsinin giriş qapısı yaxınlığında, yüzlərlə insanın Svat vadisində son vaxtlar artan terror hadisələrinə etiraz olaraq Kabal meydanında keçirilən aksiyada iştirak etdiyi vaxt baş verib. Partlayışdan əvvəl aksiyada çıxış edənlər Svat bölgəsində terror olaylarının yenidən artmasını pisləyərək hökumətdən bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunmasını tələb ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR