Mərakeşdən İspaniyanın Seuta şəhərinə dəniz yolu ilə keçməyə çalışan miqrantlar arasında ölənlərin sayı 90 nəfərə çatıb.
Bu barədə "Cadena SER" radiostansiyası məlumat yayıb.
İspaniyanın hüquq-mühafizə orqanları 74 nəfərin meyitini aşkar edib. Daha 16 meyit isə Mərakeşin müvafiq qurumları tərəfindən tapılıb.
***
1 avqust, saat 13.22
Mərakeşdən İspaniyanın Seuta şəhərinə dəniz yolu ilə keçməyə çalışan miqrantlar arasında ölənlərin sayı 67-yə çatıb.
Bu barədə “El País” qəzeti məlumat yayıb.
Bundan əvvəl ölü sayının 57 olduğu açıqlanmışdı.
Qeyd olunur ki, son günlər minlərlə miqrant Seutaya üzərək, eləcə də şəhəri Mərakeşdən ayıran dalğaqıranın ətrafından piyada keçərək şəhərə daxil olmağa müvəffəq olub.
Hadisə ilə əlaqədar İspaniya və Mərakeş hakimiyyət orqanları sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib və miqrantların geri qaytarılması istiqamətində birgə fəaliyyət göstərir.
Son məlumata görə, miqranların, demək olar ki, hamısı geri qayıdıb.