Bank Of Baku

Əraqçi: İranda son etirazlar zamanı 200 zabit ölüb

Əraqçi: İranda son etirazlar zamanı 200 zabit ölüb
# 21 fevral 2026 11:37 (UTC +04:00)

İranın xarici işlər naziri Abbas Əraqçi sosial media platforması X-də ölkəsində son etirazların qurbanları ilə bağlı açıqlama yayıb.

APA xəbər verir ki, onun sözlərinə görə, hakimiyyət orqanları təxminən 200 zabit də daxil olmaqla 3117 nəfərin öldüyünü açıqlayıb.

İranın xarici işlər naziri əlavə edib: “Əgər kimsə məlumatlarımızın düzgünlüyünü şübhə altına alırsa, zəhmət olmasa hər hansı bir sübut təqdim etsin”.

Qeyd edək ki, İran prezidentinin ofisi daha əvvəl 2,986 qurbanın şəxsiyyətini yayımlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR