Bank Of Baku

Ərdoğan: “Akkuyu” AES-in Türkiyə ÜDM-ə töhfəsi 50 milyard dollar olacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

# 09 sentyabr 2025 05:42 (UTC +04:00)

“Akkuyu” atom elektrik stansiyasının istismara verilməsi ölkənin ümumi daxili məhsulunu 50 milyard dollar artıracaq.

APA xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“İllik 35 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək bu stansiya ölkəmizi ildə 7 milyard kubmetr təbii qaz idxalından azad edəcək. Eyni zamanda karbon emissiyalarını ildə 35 milyon ton azaldacaq. ‘Akkuyu’nun ÜDM-ə ümumi töhfəsi 50 milyard dollar təşkil edəcək”, – deyə Ərdoğan bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR