Bank Of Baku

Ərdoğan Əsədə görüş üçün dəvət ünvanlayacaqlarını açıqlayıb

Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti

© APA | Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti

# 07 iyul 2024 15:48 (UTC +04:00)

Elə bir mərhələyə gəldik ki, Suriya Prezidenti Bəşər Əsəd Türkiyə ilə əlaqələri düzəltmək üçün bir addım atdığı anda biz də ona qarşı elə münasibət göstərəcəyik.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə dünən Suriya ilə düşmən olmayıb: “Biz Əsəd ailəsi ilə görüşürdük. Biz dəvət göndərəcəyik. İnşaallah, bu dəvətlə birlikdə Türkiyə-Suriya əlaqələrinin keçmişdəki səviyyəyə çatdırmaq istəyirik. Dəvətimiz hər an ola bilər. Rusiya Prezidenti Vladimir Putin bu görüşün Türkiyədə keçirilə biləcəyini düşünür. Biz hər yerdə vasitəçilikdən danışırıq, qonşumuzla niyə olmasın?!”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR