Ərdoğan fələstinliləri birləşməyə və İsraili məğlub etməyə çağırıb

Ərdoğan fələstinliləri birləşməyə və İsraili məğlub etməyə çağırıb
# 20 aprel 2024 20:47 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fələstinliləri birləşməyə və İsraili məğlub etməyə çağırıb.

APA xəbər verir ki, dövlət başçısı bunu Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə danışıqlar zamanı deyib.

“Prezident Ərdoğan fələstinlilərin vahid cəbhə olaraq hərəkət etmələrinin həyati əhəmiyyət daşıdığını bildirib. O vurğulayıb ki, İsrailə güclü cavab və ölkə üzərində qələbəyə gedən yol birlik və bütövlükdən keçir”, - Prezidentin ofisindən qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR