Bank Of Baku

Ərdoğan növbəti Zirvə Görüşündə Türkmənistanın TDT-yə üzv ola biləcəyini açıqlayıb

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 15 dekabr 2022 14:40 (UTC +04:00)

Azərbaycan, Türkiyə və Türkmənistan Zirvə Görüşü zamanı liderlər türk dünyasında əməkdaşlığın daha da dərinləşdirilməsinə dair razılığa gəlib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində bildirib.

O qeyd edib ki, üç ölkə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əlaqələri gücləndirmək haqqında da həmfikir olub: “Mən regional və qlobal enerji, nəqliyyat və ticarət infrastrukturlarının inkişafında açar rol oynayan üç əsas ölkəni birləşdirən Zirvə Görüşünün mütəmadi keçirilməsinə xüsusi əhəmiyyət verirəm”.

Ərdoğan əlavə edib ki, artıq Türkmənistanın TDT-yə tam üzv olması prosesi başlayıb və bu rəsmi olaraq təşkilatının növbəti Zirvə Görüşündə baş tuta bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR