Bank Of Baku

Ərdoğan Putinə Türkiyənin Suriya ilə bağlı prioritetini açıqlayıb

Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti

© APA | Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti

# 11 dekabr 2022 16:05 (UTC +04:00)

Türkiyə üçün Soçi razılaşmasına uyğun olaraq Suriya sərhədləri boyunca 30 km enində zolağın terrorçulardan təmizlənməsi prioritetdir.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

Rəcəb Tayyib Ərdoğan PKK/YPG terrorçularının Suriyanın şimalından Türkiyə ərazisinə terror hücumlarını davam etdirdiklərini nəzərə çatdırıb.

Eyni zamanda Türkiyə Prezidenti taxıl dəhlizi çərçivəsində digər ərzaq məhsullarının, tədricən digər malların da ixracı yönündə də işlərə başlanıla biləcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR