“Zəlzələ təhlükəsi altında olan şəhərlərdə bütün gücümüzlə çalışacağıq. Zəlzələ reallığını yaşadığımız son hadisələr bunu bizə xatırlatdı”.
APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, şəhərlərin yenidən qurulması layihəsi Türkiyə üçün çox əhəmiyyətlidir: “Zəlzələ təhlükəsi olan bütün şəhərlərdə bu layihənin tətbiqinə başlayacağıq. Növbəti zəlzələlərdə dağıntılar altında qalanlarımızın olmaması üçün bu son dərəcə vacibdir”.