Bank Of Baku

Ərdoğan: Suriyada quru əməliyyatının nə zaman və harada keçiriləcəyini açıqlamayacağıq

Ərdoğan: Suriyada quru əməliyyatının nə zaman və harada keçiriləcəyini açıqlamayacağıq
# 13 dekabr 2022 19:08 (UTC +04:00)

Türkiyə Suriya ərazisində quru hərbi əməliyyatının nə zaman və harada həyata keçirəcəyini açıqlamaq niyyətində deyil.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avazaya səfəri öncəsi jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, terrorla mübarizə məsələləri Türkiyə və Rusiya arasında imzalanan Soçi memorandumu ilə müəyyən edilib və Türkiyə lideri məsələ ilə bağlı rusiyalı həmkarını telefon danışığı zamanı bir daha məlumatlandırıb.

Ərdoğan, həmçinin, əlavə edib ki, ölkəsi artan terror təhlükəsinə qarşı səssiz qalmayacaq və terrorla mübarizədə Rusiya tərəfindən yardım istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR