Bank Of Baku

Ərdoğan Türkiyə-Rusiya-Suriya üçtərəfli görüşünün keçirilməsini təklif edib

Ərdoğan Türkiyə-Rusiya-Suriya üçtərəfli görüşünün keçirilməsini təklif edib
# 15 dekabr 2022 14:18 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Türkiyə, Rusiya və Suriya liderlərinin görüşünü keçirməyi təklif edib.

APA NTV-yə istinadən xəbər verir ki, bu barədə Ərdoğan Türkmənistandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

O, liderlərdən əvvəl isə müdafiə nazirlikləri, xarici işlər nazirlikləri və kəşfiyyat xidmətləri rəhbərlərinin görüşünü keçirməyi təklif edib.

“Türkiyə-Rusiya-Suriya üçtərəfli birliyinə dair addım atmaq istəyimizi Rusiya Prezidentinə bildirdim. Bunun üçün ilk növbədə kəşfiyyat xidmətlərimiz, daha sonra müdafiə nazirləri və xarici işlər nazirləri görüşməlidir. Onların görüşündən sonra liderlər olaraq bir araya gəlməyimizi təklif etdim. Cənab Putin müsbət reaksiya verdi. Beləliklə, biz bir sıra görüşlərə başlayacağıq”, - Ərdoğan bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR