Əfqanıstanda "Taliban"ın hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 9 əməkdaşı öldürülüb

 Əfqanıstanda "Taliban"ın hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 9 əməkdaşı öldürülüb
# 23 iyun 2020 14:06 (UTC +04:00)

Əfqanıstanda "Taliban" yaraqlılarının hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 9 əməkdaşı öldürülüb, 3 nəfər yaralanıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə bu barədə Əfqanıstanın şimalındakı Kunduz əyalətinin qubernatoru İsmətullah Moradi deyib.

Moradinin sözlərinə görə, hücum dünən gecə Daşt-e Arçı bölgəsində baş verib. O əlavə edib ki, hücum zamanı dörd yaraqçı öldürülüb, daha 6-sı isə yaralanıb.

Qeyd edək ki, daha öncə Əfqanıstan Milli Təhlükəsizlik Şurasının nümayəndəsi ötən həftəni “19 ilin ən ölümcül” həftəsi adlandırıb.

"Taliban" yaraqlılarının həyata keçridiyi 400-dən çox hücum nəticəsində milli təhlükəsizlik qüvvələrinin 300-ə yaxın üzvünün öldürüldüyünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR