Əfqanıstanın Nimroz əyalətində aviazərbə nəticəsində ölənlərin sayı artıb.
APA-nın “Tolo News” telekanalına istinadən verdiyi məlumata görə, əyalət Şurasının rəhbəri Məhəmməd Nəsir bildirib ki, aviazərbə nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
Onun sözlərinə görə, ölənlərdən 8-i uşaq, 7-si qadın, 3-ü isə kişidir.
Qeyd edək ki, bundan əvvəl aviazərbə nəticəsində 12 nəfərin öldüyü bildirilib.