Kabil əyaləti qubernatorunun müavini və onun katibi terror aktının qurbanı olub.
APA-nın 1TV telekanalına istinadən verdiyi məlumata görə, Əfqanıstanın Kabil əyalətində bomba partladılıb.
Terror aktı paytaxt Kabilin Makrorian Çar rayonunda törədilib.
Nəticədə qubernatorun müavini və onun katibi həlak olub.