Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı İran-ABŞ böhranı ətrafında mövcud vəziyyət müzakirə olunub.
Tərəflər, həmçinin Türkiyə ilə İran arasında ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparıblar.