Türkiyə xarici işlər naziri Hakan Fidan Bağdadda İraq Prezidenti Əbdüllətif Rəşit tərəfindən qəbul edilib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, görüş zamanı ikitərəfli ticarətin artırılması, terrorla mübarizə və iki ölkə arasında sərhəd sularından səmərəli istifadə kimi məsələlər müzakirə edilib.