Bank Of Baku

Hakan Fidan: Türkiyə Misirin Məkkə sazişinə qoşulacağına ümid edir

Türkiyənin xarici işlər naziri Hakan Fidan

© APA | Türkiyənin xarici işlər naziri Hakan Fidan

# 13 avqust 2026 23:47 (UTC +04:00)

Türkiyə Misirin avqustun 7-də Ankara, Ər-Riyad və İslamabad arasında imzalanmış Məkkə sazişinə qoşulacağına ümid edir.

Türkiyə mediasının məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirin Əl-Alameyn şəhərində misirli həmkarı Bədr Əbdül Ati ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

Fidan qeyd edib ki, Ankara bu məsələni Misirlə sazişin imzalandığı ilk gündən müzakirə edir.

Onun sözlərinə görə, Misir hazırda məsələni ətraflı şəkildə araşdırır və Türkiyə onun yaxın vaxtlarda sazişin rəsmi tərəfdaşı olacağına ümid edir.

Fidan həmçinin vurğulayıb ki, Məkkə paktı hər hansı üçüncü ölkəyə qarşı yönəlməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR