Hakan Fidan və Abdullahian İran-İsrail qarşıdurmasına dair müzakirə aparıb

Hakan Fidan və Abdullahian İran-İsrail qarşıdurmasına dair müzakirə aparıb
# 14 aprel 2024 16:18 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı aparıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Hakan Fidan danışıq zamanı Türkiyənin bu gecə İranın İsrailə qarşı əməliyyatından sonra bölgədə gərginliyin daha da artmasını istəmədiyini, gərginliyi artıracaq addımların sona çatmasını arzu etdiyini bildirib

İran xarici işlər naziri isə öz növbəsində İsrailə qarşı cavab əməliyyatının sona çatdığını və hücuma məruz qalmadıqca İranın yeni əməliyyata başlamayacağını bildirib.

Hüseyn Əmir Abdullahian deyib ki, İran yenidən hücuma məruz qalarsa, bu dəfə daha sərt cavab verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR