Fələstinin HAMAS hərəkatı Qəzza zolağında münaqişənin həlli üçün İsrail tərəfi ilə dolayı danışıqları dayandırmaq qərarına gəldiyi iddia edilən xəbərləri təkzib edib.
APA xəbər verir ki, bu barədə radikal hərəkatın rəsmi nümayəndəsi İzzət ər-Rişq bildirib.
O, bu barədə belə deyib:
“Fransa agentliyi tərəfindən dərc edilən və bəzi KİV-lər tərəfindən HAMAS-ın Xan Yunis yaxınlığında İsrail qüvvələrinin hücumuna cavab olaraq Qəzzada danışıqları dayandırmaq qərarı ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur”.