İsrailin daxili kəşfiyyat xidməti (Şin Bet) ölkənin milli təhlükəsizlik naziri İtamar Ben Qvirə qarşı sui-qəsd cəhdinin qarşısını alıb.
APA İsrail mətbuatına istinadən xəbər verir ki, Şin Bet sui-qəsddə iştirak edən HAMAS şəbəkəsinin üzvlərini həbs edib.
Məlumata görə, İtamar Ben Qvirə qarşı sui-qəsd partlayıcı daşıyan dronlar tərəfindən həyata keçirilməli imiş.
Məsələ ilə bağlı araşdırma davam edir.