Bank Of Baku

HAMAS Qəzzanın idarəçiliyini təhvil verməyə hazır olduğunu bildirib

HAMAS Qəzzanın idarəçiliyini təhvil verməyə hazır olduğunu bildirib
# 02 fevral 2026 16:56 (UTC +04:00)

HAMAS Qəzzanın idarəçiliyini təhvil vermək üçün bütün lazımi prosedurları tamamlayıb.

APA “Al Jazeera” kanalına istinadən xəbər verir ki, bunu HAMAS-ın sözçüsü Hazem Qassem bildirib.

Onun sözlərinə görə, HAMAS idarəçiliyi Qəzzada Milli Hökumətin ixtiyarına verməyə hazırdır.

“Fələstin cəmiyyətinin müxtəlif fraksiyalarından ibarət komitə təhvil-təslim prosesinə nəzarət edəcək. Biz bütün tərəfləri komitənin bərpa və yenidənqurma səylərini asanlaşdırmağa çağırırıq”, - HAMAS sözçüsü qeyd edib.

Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə İsrail və HAMAS arasında əldə olunan razılaşmaya görə, 15 üzvdən ibarət olan Fələstin texnokratik hökuməti Qəzzanın idarəçiliyini HAMAS-dan təhvil alaraq bu bölgəyə özü nəzarət etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR