Bank Of Baku

HAMAS sabah azad ediləcək 3 girovun adını açıqlayıb

HAMAS sabah azad ediləcək 3 girovun adını açıqlayıb
# 14 fevral 2025 16:14 (UTC +04:00)

HAMAS İsraillə razılaşma çərçivəsində fevralın 15-də azad edilməsi planlaşdırılan 3 israilli girovun adını açıqlayıb.

APA xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Qeyd edilib ki, Aleksandr Trupanov, Sagi Dekel-Chen və Yair Horn sabah azad ediləcək. Sagi Dekel-Chen Qəzzada saxlanılan sonuncu Amerika- İsrail vətəndaşlarından biridir. Aleksandr Trupanov isə rusiyalıdır.



Bu, İsrail-HAMAS arasında girov-məhbus mübadiləsinin 6-cı raundu olacaq. Yanvarın 19-da Qəzza zolağında atəşkəs əldə olunandan bəri 18 girov (13 İsrail və 5 Tailand vətəndaşı) azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR