Haqari: PUA-ların İsrailə daxil olmasının qarşısını almağa çalışacağıq, müdafiə 100 faiz olmayacaq

Haqari: PUA-ların İsrailə daxil olmasının qarşısını almağa çalışacağıq, müdafiə 100 faiz olmayacaq
# 14 aprel 2024 00:22 (UTC +04:00)

İrandan atılan onlarla pilotsuz uçuş aparatı (PUA) İsrailə gəlir.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari mətbuata açıqlamasında bildirib.

O, İsrail Hərbi Hava Qüvvələrinin PUA-ları izlədiyini söyləyib və onların ölkəyə çatmasının bir neçə saat çəkəcəyini qeyd edib.

"PUA-ların İsrail ərazisinə daxil olmasının qarşısını almağa çalışacağıq. Lakin müdafiə 100 faiz olmayacaq", - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR