Bank Of Baku

Hatayda 5,8 bal gücündə ikinci zəlzələ olub - YENİLƏNİB

Hatayda 5,8 bal gücündə ikinci zəlzələ olub - YENİLƏNİB
# 20 fevral 2023 21:32 (UTC +04:00)

Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə zəlzələdən sonra yenidən yeraltı təkanlar olub.

APA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, vilayətin Samandağ rayonunda baş verən zəlzələ 5,8 bal gücündə olub.

Zəlzələ yerli vaxtla saat 20:07-də baş verib.

İki zəlzələnin ardınca afterşoklar olub.

Afterşokların biri 3,9, digəri isə 4,5 bal gücündə baş verib.

***

Saat 21:16

Türkiyədə güclü zəlzələ olub.

APA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin episentiri Hatay vilayətinin Defne rayonunda 6,4 bal gücündə olub.

Yeraltıtəkanlar yerli vaxtla saat 20:04-də baş verib.

Ətraf ərazilərdə də hiss edilən zəlzələ yerin 16,7 kilometr dərinliyində baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR