Paşha Bank
Bank Of Baku

Gələn il AZAL-a büdcədən ayrılan vəsait 19,5% artırılacaq

Gələn il AZAL-a büdcədən ayrılan vəsait 19,5% artırılacaq
# 04 noyabr 2026 10:58 (UTC +04:00)

2027-ci ildə dövlət büdcəsindən “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) 7,1 milyon manat ayrılması nəzərdə tutulur.

“APA-Economics”in xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin Zərfində əksini tapıb.

Bu, 2026-cı illə müqayisədə 1,2 milyon manat və ya 19,5% çoxdur.

Vəsait Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MDB ölkələrinə nəqliyyatda gedişi ilə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin ödənilməsinə yönəldiləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR