Bank Of Baku

Hataydakı zəlzələdən sonra sunami xəbərdarlığı ləğv edilib - YENİLƏNİB

Hataydakı zəlzələdən sonra sunami xəbərdarlığı ləğv edilib - YENİLƏNİB
# 20 fevral 2023 23:02 (UTC +04:00)

Hataydakı zəlzələdən sonra sunami xəbərdarlığı ləğv edilib.

APA xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay bildirib.

Onun sözlərinə görə, sunami xəbərdarlığı AFAD tərəfində prosedur çərçivəsində verilmişdir.

"Artıq o qərar ləğv edilib", - deyə Fuat Oktay bildirib.

***

Saat 22:03

Türkiyənin Hatay şəhərində baş verən 6,4 bal maqnitudalı zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

APA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

”Vətəndaşlarımızın dəniz səviyyəsinin 50 sm-ə qədər qalxması riskinə qarşı tədbir olaraq sahil zolağından uzaq durmaları vacibdir”, - deyə qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR