Bank Of Baku

Hindistan 5 ölkədən gələnlərə məcburi PCR testi tətbiq edir

Hindistan 5 ölkədən gələnlərə məcburi PCR testi tətbiq edir
# 30 dekabr 2022 03:18 (UTC +04:00)

Hindistan beş ölkədən gələn turistlər üçün məcburi PCR testini tətbiq edib. Tədbir Yaponiya, Cənubi Koreya, Sinqapur, Tailand və Çindən gələn sərnişinlərə şamil edilir.

APA-nın xəbərinə görə, bu barədə səhiyyə naziri Mansuk Mandaviya “Twitter” səhifəsində məlumat verib.

Ölkənin beynəlxalq hava limanlarında nəzarət gücləndirilib, ictimai yerlərdə maska ​​rejimi tətbiq edilib. Yanvarın 1-dən yuxarıda göstərilən ölkələrdən gələn turistlərin Hindistana gəlməzdən əvvəl öz məlumatlarını “Air Suvidha” portalına yükləmələri tələb olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR