Bank Of Baku

Hindistanda avtobus avtomobillə toqquşub, 9 nəfər ölüb

Hindistanda avtobus avtomobillə toqquşub, 9 nəfər ölüb
# 31 dekabr 2022 10:05 (UTC +04:00)

Hindistanın Qucarat ştatında sərnişin avtobusu və minik avtomobili toqquşub.

APA-nın NDTV telekanalına istinadən verdiyi xəbərə görə, Surat şəhərindən çıxan avtobus “Toyota Fortuner” markalı avtomobilə toqquşub.

Nəticədə avtobusun sürücüsü və 8 sərnişin ölüb, 28 nəfər xəsarət alıb.

Avtobusun sürücüsünün infarkt keçirdiyi və qəzanın da bu səbəbdən baş verdiyi ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR