Hindistanın şimalında musson yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 104-ə çatıb.
APA Hindistan mətbuatına əsasən xəbər verir ki, 189 nəfər xəsarət alıb, 35 nəfər isə hələ də itkindir.
Qeyd edək ki, Hindistanın bir sıra bölgələrində baş verən musson yağışları son bir neçə həftədir davam edir.