2022-ci ildə Hindistanda yol qəzalarının sayı 12% artaraq 460 mini ötüb.
APA xəbər verir ki, Hindistanın Avtomobil Nəqliyyatı və Avtomobil Yolları Nazirliyinin məlumatına görə, ölkədə hər saatda 53 yol qəzası baş verib, nəticədə 19 nəfər ölüb.
"2022-ci təqvim ili ərzində Hindistan ştatlarında və müttəfiq ərazilərində 461 312 yol qəzası qeydə alınıb, nəticədə 168 491 nəfər ölüb və 443 366 nəfər xəsarət alıb", - "Hindistanda Yol Qəzaları - 2022" adlı illik hesabatda bildirib.
Nazirlikdən verilən məlumata görə, əvvəlki illə müqayisədə qəzaların sayı 11,9 faiz, ölənlərin sayı 9,4 faiz, xəsarət alanların sayı 15,3 faiz artıb. Nazirlik həmçinin bildirir ki, yol qəzalarının sayını azaltmaq üçün qətiyyətli addımlar atmaq niyyətindədir.