Bank Of Baku

Hindistanın kosmik gəmisi Aya eniş edib

Hindistanın kosmik gəmisi Aya eniş edib
# 23 avqust 2023 17:15 (UTC +04:00)

Hindistanın “Çandrayaan-3” kosmik gəmisi Aya uğurlu eniş edib.

APA xəbər verir ki, bu barədə ölkənin Kosmik Tədqiqatlar Təşkilatı məlumat yayıb.

Qeyd olunub ki, Hindistan Aya kosmik gəmi endirən dördüncü ölkə oldu və həmçinin Ayın cənub qütbünə kosmik gəmi endirən ilk ölkədir.

Həmçinin əlavə edilib ki, BRİKS-in Yohannesburqdakı sammitində iştirak edən Hindistanın Baş naziri Narendra Modi aparatın Aya enməsinə videokörpü vasitəsilə baxıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR