“Hizbullah” İsrailin şimalındakı bazanı vurduğunu açıqlayıb

“Hizbullah” İsrailin şimalındakı bazanı vurduğunu açıqlayıb
# 28 iyun 2024 04:18 (UTC +04:00)

Livandakı “Hizbullah” hərəkatı İsrailin şimalındakı hərbi bazanı hədəf aldığını açıqlayıb.

APA xəbər verir ki, “Hizbullah”ın yaydığı məlumatda İsrailin Şimal Komandanlığına bağlı olan hərbi hava qüvvələrinə aid olan bir bazanın vurulduğu bildirilir.

Açıqlamada bazanın İsrailin Livanın cənubundakı Nəbatiyə və Səhmar qəsəbələrinə təşkil etdiyi hücumuna cavab olaraq vurulduğu bildirilir.

İsrail ordusundan verilən açıqlamada isə Livandan İsrailin şimalındakı Qaliley bölgəsinə 40 raket atıldığı açıqlanıb. Açıqlamada, İsrailin şimalını hədəf alan raketlərin bir hissəsinin Dəmir Qübbə hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR