Bank Of Baku

Honq Konqda yaşayış kompleksində yanğında ölənlərin sayı 128-ə çatıb

Honq Konqda yaşayış kompleksində yanğında ölənlərin sayı 128-ə çatıb
# 28 noyabr 2025 11:42 (UTC +04:00)

Honq Konqda yaşayış kompleksində baş verən yanğın nəticəsində ölənlərin sayı artıb.

APA CNN-ə istinadən xəbər verir ki, yanğında ölənlərin sayı 128 nəfərə çatıb.

Qeyd edək ki, noyabrın 26-da günorta saatlarında Çinin dünyanın ən sıx məskunlaşmış və ən çox hündür binanın yerləşdiyi şəhərlərdən olan Honq Konqun Tay Po rayonundakı səkkiz binadan və təxminən 2 min mənzildən ibarət yaşayış kompleksində güclü yanğın baş verib.

Yanğının binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarında başladığı və güclü küləyin təsiri ilə sürətlə yayıldığı bildirilib.

Yanğını iki gün sonra söndürmək mümkün olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR