Bank Of Baku

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Hörmüz boğazında tanker minaya düşərək yanıb
# 14 noyabr 2026 05:03 (UTC +04:00)

Noyabrın 14-də Hörmüz boğazının şərq hissəsində dəniz minasına düşən tanker alovlanıb və hərəkət qabiliyyətini itirib.

İran dövlət teleradio şirkətinin məlumatına görə, bu barədə ölkə ordusunun Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsi açıqlama yayıb.

Bildirilib ki, tanker əvvəlki xəbərdarlıqlara məhəl qoymayaraq izləmə və identifikasiya sistemlərini söndürüb və boğazın şərqində yerləşən təhlükəli, hərəkətin qadağan olunduğu zonaya daxil olub.

“Bu gün səhər xəbərdarlıqlara məhəl qoymayan tanker Hörmüz boğazının şərqində qadağan olunmuş ərazidən keçərkən dəniz minasına toxunub, nəticədə alovlanaraq hərəkət qabiliyyətini itirib”, – məlumatda qeyd olunub.

İran Hərbi Dəniz Qüvvələri xəbərdarlıq edib ki, qadağan olunmuş zonadan keçməyə çalışan digər tankerlər də mina təhlükəsi ilə üzləşə bilər.

Qurum gəmi sahiblərinin əvvəlki hadisələrdən nəticə çıxarmamasını və ABŞ Prezidentinin bəyanatlarına etibar edərək gəmilərini riskə atmasını tənqid edib.

Hadisə nəticəsində xəsarət alanlar və tankerə dəymiş ziyanın həcmi barədə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR